Menu

"İdxaldan asılılığımız həmişə olacaq" - İqtisadiyyat nazirinin müavini

07.06.2023, 15:53
"İdxaldan asılılığımız həmişə olacaq" - İqtisadiyyat nazirinin müavini

Azərbaycanın məhsul idxalından asılılığı həmişə olacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"Biz sadəcə hansısa məhsulla bağlı idxalı azalda bilərik, amma tam aradan qaldıra bilmırik. Bunun bir neçə səbəbi var. Əgər biz hər hansı məhsulu əvvəlcə Ukrayna və Rusiyadan alırdıqsa, indi həmin məhsulu Brazilyadan alırıq. Bu da qiymətlərin artmasına şərait yaradır",-deyə o qeyd edir.

Şərhlər

TT 2023-06-07 17:14:32

Heee?

Tural 2023-06-07 16:08:14

Bərəkallah!!! Xalqın ürəyini açıb sevindirir... Bu təzələr ağızlarını danışığını bilmirsə, xalqın istək və arzularına qarşı olan ifadələri şappıltı ilə alnına yapışdırmağı qəhrəmanlıq sayırsa onlardan yaxşı nə gözləmək olar?

Watchman 2023-06-07 16:02:01

Istəsəniz yünğül sənayeni inkişaf etdirib asılılığı xeyli azalda bilərsiz. Sadəcə bu sizə sərf etmir. Bunu sizə həmin iclasda söyləyə biləcək vicdanlı deputatlar lazım idi, onlar da ki, yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol