Menu

Rusiya qaz kəmərlərinin partladılmasına general Zalujnı rəhbərlik edib? – Məxfi sənədlər yayıldı...

07.06.2023, 16:49
Rusiya qaz kəmərlərinin partladılmasına general Zalujnı rəhbərlik edib? – Məxfi sənədlər yayıldı...

“Şimal axını”nın partladılmasından üç ay əvvəl ABŞ Prezident Administrasiyası avropalı müttəfiqindən Ukrayna hərbçilərinin Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnının birbaşa nəzarəti altında qaz kəmərinə hücum planlaşdırması barədə məlumat alıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Washington Post” Pentaqonun sosial şəbəkələrə sızdırılan məxfi məlumatlarına istinadla xəbər yayıb.

Sızdırılan məlumatlara görə, hücum Vaşinqtona məlum olan vaxt çərçivəsində baş tutmayıb. Lakin qaz kəmərinin partlaması kəşfiyyata məlum olan planla üst-üstə düşüb.

Daha əvvəl iddia edilən planın açıqlanmayan təfərrüatları Avropa ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən toplanaraq 2022-ci ilin iyununda CIA-ya ötürülüb. Mərkəzi Kəşfiyyat İdarəsi də öz növbəsində sənədi Almaniya və digər Avropa müttəfiqlərinə göndərib. Kəşfiyyat hesabatı Ukraynadakı mənbədən alınan məlumat əsasında hazırlanıb. Orada Ukrayna hökumətini Baltik dənizindəki hücumla əlaqələndirə biləcək konkret sübutlar var.

Xəbərdə deyilir ki, Kiyevin hazırladığı əməliyyata Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı rəhbərlik etməli idi. Ukrayna Prezidenti Volodimir Zelenskinin bundan xəbəri olmayıb. Nəşrin qənaətinə görə, bu fakt Kiyevin hücumda iştirakını inandırıcı şəkildə inkar etməyə imkan verəcək. Əks təqdirdə Ukraynanın törətdiyi diversiya Qərbdə ictimai qəzəb doğura və Ukraynaya dəstəyin kəsilməsi təhlükəsi yarada bilərdi. Xüsusən də müharibədən əvvəl təbii qazının yarısını Rusiyadan alan və uzun müddət “Şimal axını” layihəsini müdafiə edən Almaniya Ukraynaya yardımları dayandıra bilər.

Qəzetin yazdığına görə, əməliyyatın 2022-ci ilin iyununda Baltik dənizində Qərb ölkələrinin genişmiqyaslı dəniz təlimlərindən dərhal sonra həyata keçirilməsi planlaşdırılırıb. Qərb kəşfiyyatını inandıran Ukrayna mənbəsi bildirib ki, saxta pasportlara malik altı Ukrayna xüsusi təyinatlısı təyinat yerinə çatmaq üçün yaxta icarəyə götürməli, sonra isə dalğıc avadanlıqları ilə boruların yanına edərək onu minalamalı idi. Amma həmin vaxt əməliyyat hələ də müəyyən edilməyən səbəblərdən dayandırılıb.

Nəşr xatırladır ki, qaz kəmərlərində baş verən partlayışları araşdıran alman müstəntiqləri bildiriblər ki, hadisə sentyabr ayında təxminən eyni plan üzrə həyata keçirilib.

”The Washington Post” qeyd edir ki, iyun əməliyyatının planı da sonradan baş verənlərdən fərqlənir. Məlumata, hücum yalnız “Şimal axını 1”də planlaşdırılıb.

Kiyevin qaz kəmərlərində baş verən partlayışlarda iştirakını dəfələrlə təkzib edən Ukrayna rəsmiləri nəşrin sorğularına cavab verməyib. Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib.

2022-ci il sentyabrın sonunda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçünü zədələyən partlayış baş verib. İsveç, Danimarka və Almaniyanın araşdırmaları göstərdi ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilməyib.

Rusiya hakimiyyəti qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.

Bir sıra Qərb KİV-lərində xəbərlər yayılıb ki, partlayışlar heç bir ölkənin hakimiyyət orqanları ilə əlaqəsi olmayan hansısa ukraynayönlü qrup tərəfindən təşkil oluna bilər. Bir sıra başqa nəşrlər Rusiyanın partlayışlarda əli ola biləcəyindən bəhs edib. Amerika mediası da öz növbəsində yazıb ki, ABŞ kəşfiyyatında Rusiyanın mümkün iştirakına işarə edən heç bir dəlil yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol