Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qüvvələri Polşanın “Warmate” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək, Rusiyaya məxsus bir neçə hərbi texnikanı məhv edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Paylaşımda qeyd olunub ki, PUA hücumları zamanı rus ordusunun 2 ədəd “Pantsir-S-1” hava hücumundan müdafiə sistemi, “R-330ZH” maşınına quraşdırılan rabitə stansiyası, “Podlet-K1” və 3 ədəd “Kasta-2E2” müşahidə radarı məhv edilib.
“AzPolitika.info”


Şərhlər