Menu

"Rəngli inqilabların Rusiyaya gəlib çatmasının qarşısı alınmalıdır" - Putin

20.11.2014, 19:30
"Rəngli inqilabların Rusiyaya gəlib çatmasının qarşısı alınmalıdır" - Putin

Rusiya prezidenti Putin deyib ki, Rusiya ekstremizmin və rəngli inqilabların qarşısını almaq üçün hər şeyi etməlidir.

Noyabrın 20-də Təhlükəsizlik Şurasında çıxış edən Putin bildirib ki, “biz rəngli inqilabların hansı faciəvi nəticələrə apardığını görürük”.

Ukraynanın baş naziri Yatsenyuk noyabrın 20-də deyib ki, Avropa Birliyi və ABŞ Ukraynaya qoşulub Rusiyanı Ukraynaın şərqində sülhə məcbur etməlidir. Yatsenyuk deyib :”Putinin hərəkətləri hamıya təhlükədir, qlobal nizama, qlobal sülhə təhlükədir”. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol