Menu

Naxçıvanla sərhəddə tikilən metal zavodu kimə məxsusdur? – Sarkisyanın qızı, Amerikalı biznesmen...

07.06.2023, 20:27
Naxçıvanla sərhəddə tikilən metal zavodu kimə məxsusdur? – Sarkisyanın qızı, Amerikalı biznesmen...

Ermənistanın Ararat rayonunun Yerasx (Arazdəyən) kəndində qara metalların, kvadratların, boruların emalı və istehsalı üçün metallurgiya zavodu tikilir. Ötən gün İqtisadiyyat naziri Vahan Kerobyan öz “Facebook” səhifəsində zavodun tikintisi barədə məlumat verib.

“Yerasxda sıfırdan böyük bir erməni-amerikan metallurgiya zavodu tikilir, ona 70 milyon dollar sərmayə qoyulacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 min ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq” – deyə, Kerobyan yazıb.

“AzPolitika.info” xəbər verir ki, yerli media zavodun hansı şirkət tərəfindən tikildiyi barədə araşdırma aparıb.

Qeyd olunur ki, tikilməkdə olan zavod haqqında mətbuat hələ 2022-ci ilin noyabrında yazıb. Məlum oldu ki, Aram Sarkisyanın qızı, mərhum müdafiə naziri Vazgen Sarkisyanın qardaşı ABŞ-dan olan hindust sahibkarla birgə Ermənistan və Naxçıvan sərhədində dəmir qırıntılarının emalı təşkil etmək niyyətində idi.

İqtisadiyyat Nazirliyi təsdiqləyib ki, söhbət eyni zavoddan gedir. Nazirlik developer şirkətin səhmdarlarının siyahısında dəyişiklik edib, lakin şirkətin məlumatına görə, əsas sahiblər eyni qalıb – ABŞ vətəndaşı Bobbi Sinq Kanq və bu dəfə Vazgen Sarkisyanın qardaşının kürəkəni.

Şirkət 2022-ci ilin iyulunda təsis edilib. Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, şirkətin 50%-i hazırda ABŞ-da qeydiyyatdan keçmiş CS Global Investments MMC-yə, qalan 50%-i isə yenə ABŞ-dakı Virtual Funding MMC-yə məxsusdur.

Şirkətdən bildirilib ki, onun səhmdarı OOO CS Global Investments şirkətinin sahibi ABŞ vətəndaşı Bobbi Kanqdır. İkinci səhmdar olan “Virtual Funding”in sahibi Ermənistan vətəndaşı, Sarkisyanın qardaşı Armen Sarkisyanın kürəkəni, qızı Nono Sarkisyanın əri Qriqor Ter-Qazaryandır.

Bu ilin may ayına qədər GTB Steel-in 100%-lik səhmdarı Ermənistanda qeydiyyatdan keçmiş, Nono Sarkisyana və hindust əsilli sahibkar Bobbi Kanqa məxsus GTB Holdings MMC olub.

Ekologiya nazirliyinin saytında bir neçə dəfə Arazdəyən kəndində tikilməkdə olan yarımstansiyanın ətraf mühitə təsiri ilə bağlı “GTB Steel” MMC-nin hesabatı yerləşdirilib. Qeyd olunan məlumata görə, ərazi sərhəd zolağında, Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir. İddia olunub ki, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol