Menu

Lionel Messi yeni klubunun adını açıqlayıb

07.06.2023, 23:23
Lionel Messi yeni klubunun adını açıqlayıb

Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu "Mundo Deportivo" nəşrinə müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib.

O, uzun illər formasını geyindiyi İspaniya "Barselona"sına qayıtmayacağını söyləyib.

Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol