RUS SÜLHMƏRAMLILARI XANKƏNDİNİ MÜHASİRƏYƏ ALDI - Ermənilərin çıxışına problemlər yaradılır

Rusiya sülhməramlılarının Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb. Erməni mənbələrin yaydığı məlumata görə sülhməramlıların ermənilərin Qarabağdan çıxışına maneələr törədir.

Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib.

Bunu hətta erməni ekspertlər də etiraf ediblər. Erməni ictimai xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir.

“Ona görə də Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, - o deyib.

Məlumatlara görə, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır.//Publika.az

635x100

Şərhlər

Altı ağacdan Rusin 2023-06-09 10:02:12

18ci əsrdə Urrmiyada gizlənmiş krekorianlar onlara əski Azərbaycan ilindəki Erməstandan kənara da səpilirlər ki, rus adıyla yeni təxribat və terror mühiti yaransın?

Qəhri Qarabaği 2023-06-09 09:49:39

Azərbaycanın daha bir neçə müddət xəyalpərəstliyinə hesablanmış İNFORMasiya! Ermənistan ona verilmiş 29 min kv km əlavə Qarabağda da niyə qalmalıdırlar?

kim 2023-06-09 08:22:10

siz KPP-də 15-20 erməni yığılan kimi görməmiş kimi ermənilər qaşır yazanda, onları da oyandırdız

Son yazılar