“İşğalla bağlı heç kim prezidentin qarşısına çıxmaq istəməsə də, onun rəhbərliyinə olan mütləq inam sarsılıb. Rusiya elitası Vladimir Putinin Ukraynadakı müharibədə qalib gələcəyi ilə bağlı ümidsizliyə qapılılb. Hətta ən optimist insanlar belə münaqişənin dondurulmasını Kreml üçün ən yaxşı nəticə hesab edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşrinin öz mənbələrinə istinadla paylaşdığı məlumatda deyilir.
Qeyd olunur ki, siyasi elitanın bir çox üzvləri Putinin döyüşləri dayandıracağına şübhə ilə yanaşsalar da, onlar bu vəziyyətdən yorulublar və müharibənin dayandırılmasını istəyirlər.
Mənbələrə görə, ilin sonunda danışıqlar olacaq və bununla da münaqişə “dondurulacaq”. Bu, Putinə ələ keçirdiyi Ukrayna ərazisinin bir hissəsini saxlamaqla “qələbə” qazanmağa imkan verəcək.
Həmçinin bildirilir ki, hazırda Putinin çevrəsində olan insanların onun rəhbərliyinə qarşı çıxacaqlarından söhbət belə gedə bilməz.
“Bloomberg” qeyd edir ki, elitanın əksər üzvləri hadisələrə təsir edə bilməyəcəklərinə əmin olduqları üçün öz işləri ilə məşğul olurlar.
“AzPolitika.info”


Şərhlər