Menu

“Ukraynada döyüşlər şiddətlənib, lakin...” - General Milli

08.06.2023, 15:47
“Ukraynada döyüşlər şiddətlənib, lakin...” - General Milli

“Ukrayna ordusu həm hücum, həm də müdafiə əməliyyatlarına yaxşı hazırlaşıb.Ukraynada döyüşlər şiddətlənib, lakin əməliyyatlarla bağlı gündəlik xəbərlərdən çox böyük nəticə çıxarmaq olmaz”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli deyib.

General bildirib ki, Rusiya tərəfindən işğal oluan Ukrayna ərazilərində aktivlik müahidə olunur.

Milli həmçinin qeyd edib ki, əks-hücumun rəsmən başlandığını elan etmək Ukraynanın işidir:“Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələri bu əməliyyata hazırdır. Müttəfiqlərin qışda verdiyi silahlar Ukraynanın qarşıdakı döyüşlərə hazırlaşmağına kömək edəcək. Ukrayna hərbçiləri çoxlu təlim keçiblər, hənçinin müttəfiq ölkələrdən çoxlu sayda silah-sursat tədarük edilib”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol