Azərbaycanın neft sahəsinə qoyulmuş xarici sərmayələrinin həcmi 110 mlrd. dollara yaxınlaşıb

Son 27 il ərzində (1994-2022-ci illər) Azərbaycanın neft sahəsinə qoyulmuş xarici sərmayələrinin ümumi həcmi 108 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economins” SOCAR-ın illər üzrə təqdim etdiyi materiallara istinadən xəbər verir.

Hesablamalara əsasən, əgər 1994-cü ildə neft sahəsinə xarici sərmayələrin həcmi 0,09 mlrd. dollar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 7,74 mlrd. dollar səviyyəsində olub, bu da 86 dəfə artım deməkdir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə neft sahəsinə xarici sərmayələrin həcmi üzrə ən yüksək göstərici – 8,22 mlrd. dollar, 2014-cü ildə qeydə alınıb, ən aşağı göstəricisi isə 1994-cü ilə təsadüf edib.

635x100

Şərhlər

dadaşyev 2023-06-08 22:22:48

Yəni ilə orta hesabla 4 milyard dollar təkcə xarici sərmayədəndi.Üstəgəl öz neft-qaz,pambıq,balıq,kürü-filan satışımız.Bu qədər var-dövlətin qarşılığında maaş və pensiyalarımıza baxın.Gürcüstana bunun heç yüzdə biri qədər investisiya yatırılmayıb,amma maaş-pensiyaları bizimki qədərdir nefti-qazı olmasa da.Üstəlik cağbacağ uşaqpulu da verilir Gürcüstanda,işsizlərə müavinət də verilir.Təyyarə biletləri də bizimkindən on dəfə ucuz.Hamı hara uçmaq istəyirsə gedib Gürcüstandan uçur.Elə isə nə deyib sevinməliyik bizə yatırılan investisiyalara görə?Nə qədər acgöz məmurlar məmləkətiyik!Ayıbdı ee,vallah-billah ayıbdı.Maaş-pensiya bir tərəfə,bircə dəfə də olsa bir bayramda beşcə manat verildimi bayram payı olaraq əhaliyə?Bu xalq yəni bu torpağın,bu vətənin yadelli,ögey oğludurmu ki,ona Allahın bu torpağın altında yaratdığı onca sərvətindən zərrə qədər də pay verilməyə?

t.ədalət 2023-06-08 19:18:20

Bütün bunların xalqa heç bir xeyri yoxdur.

Son yazılar