Fransalı müxalif deputatlar hökumətə etimadsızlıqla bağlı səsvermə keçirəcək

Fransa parlamentində solçu koalisiya olan “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” (NUPES) gələn həftə pensiya islahatları ilə bağlı hökumətə etimadsızlıq səsverməsi keçirəcək.

“Report” “Europe 1” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə “Tabe olmayan Fransa” sol partiyasının parlament fraksiyasının sədri Matilda Pano məlumat verib.

Onun sözlərinə görə, NUPES koalisiyasının bütün üzvləri etimadsızlıq səsverməsini dəstəkləyəcək.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Bunun təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron idi. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar