Menu

Ukrayna ordusu “Leopard” tanklarıyla hücuma keçib – VİDEO

09.06.2023, 11:52
Ukrayna ordusu “Leopard” tanklarıyla hücuma keçib – VİDEO

Ukrayna ordusu ötən gün Zaporojye istiqamətində hücuma keçib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi video paylaşıb.

Paylaşılan videoda Ukrayna ordusunun “Leopard” tankları və “M113” BTR-ləri ilə hücuma keçdiyi görünüb.

Rus ordusu isə sözügedən hücumun qarşısını artilleriya zərbələri ilə almağa çalışıb.

Qarşıdurma zamanı ən azı bir “Leopard” tankının məhv edildiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol