Menu

Rus hərbi pilotu Litvaya qaçdı – “Vertolyotlar döyüşə nasaz halda göndərilir...”

09.06.2023, 17:00
Rus hərbi pilotu Litvaya qaçdı – “Vertolyotlar döyüşə nasaz halda göndərilir...”

Rusiya hərbi aviasiya pilotu Dmitri Mişov müharibədə iştirakdan imtina edərək Litvaya qaçıb və oradan sığınacaq istəyib. O, bəyan edib ki, Ukraynadakı müharibəni Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətini saxlamaq üçün törədilən cinayət hesab edir.

26 yaşlı leytenant Mişov Sızran Ali Hərbi Aviasiya Məktəbinin məzunudur və müharibənin ilk günündən Rusiyanın Ukraynaya hücumunda iştirak edən 15-ci Ordu Aviasiya Briqadasında xidmət edib. Pilot 2022-ci ilin yanvarında - işğaldan bir ay əvvəl ordudan çıxmaq üçün ərizə yazıb. Özünün dediyinə görə müharibədə iştirak etməyib, Belarus ərazisində hərbi ləvazimatların daşınması ilə məşğul olur.

Aprel ayında işdən çıxarılma prosesi ilə əlaqədər Belarusdan Rusiyaya qaytarılıb. Payızın əvvəlində Mişov işdən çıxarılma əmri alıb, ancaq həmin günlərdə Rusiyada səfərbərlik elan edilib, Prezident Vladimir Putinin fərmanı ilə zabitlərin ordudan getməsini qadağandır.

Mişov ordudan getməsi ilə bağlı əmrin ləğvinə etiraz olaraq məhkəməyə müraciət edib. Lakin dekabrda Pskov Qarnizonu Hərbi Məhkəməsi işə baxıb və komandanlığın tərəfini tutub. Yanvarda pilota cəbhəyə getmək əmri verilib. Bundan sonra o xidmətdən imtina etmək üçün damarlarını kəsib. Ona qarşı cinayət işinin başlanması ehtimalı barədə məlumat alan leytenant müharibə ilə həbsxana arasında seçim edərək xaricdə getmək qərarına gəlib.

Mişovun sözlərinə görə, əgər söhbət vətənin müdafiəsindən getsəydi, müharibədə iştirakdan imtina etməzdi. "Mən hərbçiyəm, ölkəmi təcavüzdən qorumalıyam. Amma bu prosesdə iştirak etməməliyəm, cinayətdə şərik olmamalıyam", - zabit əlavə edib. O, BBC-yə deyib ki, hərbçilər arasında müharibənin tərəfdarları və əleyhdarlarının kiçik bir hissəsi təşkil edir, qalanları buna biganədir. Hərbçilər Kremlin təbliğatına inanmır, yəni Ukraynanın nasistlər tərəfindən idarə olunduğuna və ya Kiyevin hücum planlaşdırdığını qəbul etmirlər.

Mişov deyir ki, vertolyotlar cəbhə xəttinə raketdən müdafiəsiz, nasaz halda göndərilir, pilotların ən zəruri tələbatları qarşılanmır. Müharibə zamanı Mişovun xidmət etdiyi alay helikopterlərin demək olar ki, 20 faizini itirib, onlardan ikisi diversantlar tərəfindən partladılıb. O hesab edir ki, ordu müharibəyə qətiyyən hazır deyildi.

Pilot Avropada sığınacaq almağa, yeni təhsilə həyatını qurmağa ümid edir. O, Putin əleyhinə olan təqaüdçü zabitlərin köməyi ilə sərhədi gizli şəkildə meşədən keçərək Litvaya gəlib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol