Menu

“ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq” – “Bloomberg”

09.06.2023, 17:30
“ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq” – “Bloomberg”

ABŞ bu gün Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, yardım paketi əsasən Ukraynanın uzunmüddətli müdafiə ehtiyacları üçün nəzərdə tutulub.

Sözügedən vəsait hesabına “Hawk” raketlərinin, eləcə də iki növ qabaqcıl “Patriot” hava hücumundan müdafiə raketinin alınacağı bildirilir. Onlardan biri “Lockheed Martin” şirkətinin istehsalı olan “Patriot Advanced Capability Missile-3”, digəri isə “Raytheon Technologies”in təkmilləşdirdiyi “GEM-T” raketidir.

ABŞ nəşri qeyd edir ki, yardım paketindəki silahlar Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmağa kömək edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol