Menu

Trampa 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb

09.06.2023, 23:14
Trampa 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb

ABŞ-nin keçmiş prezident Donald Trampa 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Florida Cənub Dairə Məhkəməsinin ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri qanunsuz saxlamaqda ittiham edib.

İttihamlara əsasən, ABŞ administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.

Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var. 31 maddə üzrə Trampı 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə, daha dörd maddə üzrə 20 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol