Şənbə günü Rusiya hərbçiləri Poltava vilayətindəki Mirqorod hərbi aerodromunu atəşə tutub.
“AzPoltika.info” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Aerodromun yaxınlığındakı avadanlıqlara, infrastruktura və bir neçə şəxsi binaya ziyan dəyib.
Hücumun “İsgəndər” raketləri və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi iddia edilir. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bundan əvvəl Odessada pilotsuz təyyarələrin gecə hücumu nəticəsində 3 nəfərin öldüyü, 26 nəfərin yaralandığı məlum olub. Pilotsuz aparatlar vasitəsilə Nikolayev ərazisinə də hücum edilib.
“AzPolitika.info”


Şərhlər
Mirqorod aerodromu sovüet dövründə Türkiyə əleyhinə rus imperiyasılnın ən güclü hərbi hissələrindən biri idi.Burda rusların tu-16 bomba daşıyanları və miq qırıcıları var idi.