Menu

Ərdoğanın Azərbaycana səfər proqramı məlum oldu

11.06.2023, 19:23
Ərdoğanın Azərbaycana səfər proqramı məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək. Bu, Türkiyədə dövlət ənənəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol