Türkiyə ordusu Suriyada PKK/YPG qruplaşmasının sözdə qərargah adlanan obyektini dağıdıb, 7 terrorçu zərərsizləşdirilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə ordusu PKK/YPG-nin təşkil etdiyi hücumlara cavab verib. Belə ki, YPG/PKK terrorçularının Suriyanın şimalından atdığı 5 raket Kilisdəki Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb. Raketlər Öncüpınar Sərhəd Qapısı bölgəsindəki boş əraziyə düşərkən, hücumda can itkisi və yaralanan olmayıb. 

Eyni zamanda terror təşkilatı PKK/YPG tərəfindən Fərat Qalxanı bölgəsindəki Cibrin bazası ərazisi və Öncüpınar polis şəhərciyinə qarşı minaatan/MLRA təcavüzü həyata keçirilib.

Milli Müdafiə Nazirliyindən verilən son açıqlamada bildirilib: "Hücumun həyata keçirildiyi yerlər müəyyənləşdi və Türkiyə Silahlı Qüvvələri dərhal güclü zərbələr endirməyə başladı. İlk təsbitlərə görə, 2-si sözdə lider olmaqla 7 terrorçu öldürülüb. terror təşkilatı zərərsizləşdirilib və sözdə qərargah məhv edilib”.

Terrorçuların hücum cəhdlərini heç vaxt cavabsız qoymayan Mehmetçik, terrorçulara aid bir çox hədəfi təsirli şəkildə vurmağa davam edir.