Menu

“Bu ölkələr nüvə arsenallarını modernləşdirir” - “2000-ə yaxın döyüş başlığı yüksək hazırlıq vəziyyətindədir”

12.06.2023, 11:53
“Bu ölkələr nüvə arsenallarını modernləşdirir” - “2000-ə yaxın döyüş başlığı yüksək hazırlıq vəziyyətindədir”

“2022-ci ildə qlobal təhlükəsizlik on il əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə pisləşib. Dünyada müharibələr tez-tez baş verir, hərbi xərclər artıb, ərzaq təhlükəsizliyi problemi kəskinləşib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc olunan illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, geosiyasi münasibətlər pisləşdikcə nüvə gücləri - ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail yerləşdirilmiş nüvə başlıqlarının sayını artırır və nüvə arsenallarını modernləşdirməyə davam edirlər.

SIPRI-nın hesabatında deyilir ki, bu ölkələrin bəziləri 2022-ci ildə nüvə başlıqları olan və ya onları daşıya bilən yeni silah sistemləri yerləşdiriblər.

Hesabatda qeyd edilir ki, ABŞ və Rusiya dünyadakı nüvə silahlarının təxminən 90%-nə sahibdirlər.

“Demək olar ki, böyük hissəsi Rusiya və ABŞ-a məxsus olan 2000-ə yaxın döyüş başlığı yüksək hazırlıq vəziyyətindədir. Onlar raketlərlə təchiz edilmiş və ya strateji hava bazalarına yerləşdiriliblər. Çin nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb. Qarşıdakı 10 il müddətində Çinin ballistik raketlərinin sayı Rusiya və ya ABŞ-la eyni ola bilər. Fransa üçüncü nəsil ballistik raketlərlə təchiz olunmuş nüvə sualtı qayığının yaradılması üzərində çalışmağa davam edir”,- hesabatda qeyd olunur.

Hesabatda həçinin bildirilir ki, Hindistan və Pakistan öz nüvə arsenallarını genişləndirir və yeni çatdırılma sistemlərini inkişaf etdirməyə davam edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol