Menu

"Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm" - Mərkəzi Bankın sədri

12.06.2023, 12:22
"Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm" - Mərkəzi Bankın sədri

Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında kredit faizlərinin yüksək olması barədə iddialara cavab verən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, istehlak kreditləri üçün bu göstərici 16,1 %-dir: “Mən də başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Siyavuş müəllim ötən iclas Amerikanı misal göstərdi. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək. Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm. Ola bilsin ki, belə faiz göstəricisi mikrokreditlərdə olsun”.

Şərhlər

Vətəndaş 2023-06-12 21:37:28

Yəqin Yaleh bəy Azərbaycanda yaşamır.Onun Kapital,Paşa, və digər Kommersiya banklarındn əhaliyə 25-35 faizlə kredit verdiklərindən xəbəri yoxdur.Bəs necə o MB-ın sədi sayılır?Niyə dövlət bankı əhaliyə xidmət göstərmir və xalqı kommersiya banklarının yükək faizlərini ödəməyə məcbur edir?Kapitalı olmayan qurum necə kommersiya bankl kimi qeyd olunur.fəaliyyət üçün Mərkəzi bankdan 5 %-lə aldığı pul vəsaitini 25-35 faizlə xalqa sırımasına imkan verilir.? Buna kim aydınlıq gətirməlidir?

Hadı 2023-06-12 15:13:35

Oyyyyy, gülməkdən qarnım ağrıdı... Taleh müəllim yəqin Banqaladeşin ya da Mozambikin Mərkəzi bankının sədridir.

Konstantin 2023-06-12 14:23:08

Siz cavan nəsilə aidsiniz. Yadinizda olmaz. 2000-2010-cu illərdə.

Tural 2023-06-12 13:38:39

Bu tam reallıqdır ki, ən pis məmur olsa belə gedənə rəhmət oxumalı oluruq. Çünki, bu yeni gələn Avropa təhsilli, ütülü, sığallı gənclərin işlərini gördükdə məsələn Elman Rüstəmova şükür deyirik. AMB sədri olasan faizlərdən xəbərin olmaya... Day bundan yaxşı nə gözləyəsən? Sözün bitdiyi yer..

Eli 2023-06-12 12:50:20

Hörmetli sedr deyir ki 20-25% kredit vrilmesini görmeyib.Melum edirem ki 25 ildir banklarla işkeyire men 21%- den aşağı kredit veren görmemişem .Ola biler indi derece alağı salınıb.

Eli 2023-06-12 12:45:59

Milli bankın tenç sedri bu eqide ile Elman Rüstemovdan heç ne ile ferqlenmeyecej.İkincşsi de meger banklar depozitler hesabına fealiyyet gösterirler.Bes inkişaaf etmiş ölkelerin bankları aşağı faizlerle dünya iqsadiyyatına nece “ meydan oxuyur”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol