Menu

“Kılıçdaroğlu CHP tarixinin ən qorxaq başqanıdır!” – Mehmet Sevigen

12.06.2023, 13:03
“Kılıçdaroğlu CHP tarixinin ən qorxaq başqanıdır!” – Mehmet Sevigen

“Kılıçdaroğlu başqanlıqdan əl çəkməmək üçün hər cəhdi edir. O, partiyanı özünə bağlayıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin sabiq dövlət naziri, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş üzvü Mehmet Sevigen CHP-dəki qurultay proesi ilə bağlı danışarkən deyib.

Mehmet Sevigen CHP başqanı Kamal Kılıçdaroğlunu sərt ifadələrlə tənqid edib.

“Kamal bəy əvvəlcə “altılı masa”dakı digər partiyalara deputat kresloları sataraq, millət vəkili yerləri bağışlamaqla prezidentliyə namizədliyini təmin etdi. İndi də hazırkı bələdiyyə başçılarını sıxışdırıb, kreslosunu qorumağa çalışır. CHP-nin indiki bələdiyyə sədrlərı əvvəlcə kürsüləini deyil, dövləti düşünməlidirlər. Bu, CHP-dəki dəyişiklik üçün şərtdir. Belə həmlələrə ümid bəsləyən Kılıçdaroğlu, CHP tarixinin ən qorxaq başqanıdır!”,- deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Tahir 2023-06-12 13:25:58

Türklər imperiya düşüncəlidir. Qalibləri sevərlər. Uduzdu da səni param parça edəcəklər. Kılıcdaroglu Ərdoğana heç vaxt qalib gələ bilməyəcəyini bilirdi. Amma zorən bəhsə girməliydi. İndi özünü necə çiyəyəcəklərini gözləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol