"İlkin mərhələdə bizim məqsədimiz taksilərin deyil, taksi gedişlərinin sayını azaltmaqdır".
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Bu gün taksi gedişlərinin 60 %-i 1,5-3 km ətrafındadır. Bu da o məsafədir ki, ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatdan istifadə etməklə", - deyə nazir əlavə edib.
Bundan başqa, R.Nəbiyev deyib ki, heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur: "Bu, belə olmalıdırmı? Yox. Bu ilin sonuna qədər qarşıya qoyduğumuz qısa uduşlar var. Burda zolaqların çəkilməsi və onların istismarının təmin edilməsi nəzərdə tutulub. Polis əməkdaşlarımız ictimai nəqliyyatın getdiyi xətlərlə pik saatlarda adi avtomobillərin də getməsini təmin edir. Amma qanunvericiliyə dəyişiklik və sonradan bizim qəbul edəcəyimiz məsələlər imkan verəcək ki, həmin xətlərin haradan çəkilməli olduğunu müəyyən edək".


Şərhlər
Buradan belə çıxmırmı ki, Rəşad Nəbiyev vətəndaşların hüququna müdaxilə edir.Bu artıq ....
Gülməli təklifdir! Necə yəni taksi daşımalarını azaltmaq? İnsanlara rahat nəqliyyat xidməti göstərmək budur?...?Daşımaların hər növünün öz xüsusiyyəti var və onları qarışdırmaq olmaz.Məlumat üçün bildirim ki, Taksi daşımaları sərnişinin adresdən-adresə,avtobus isə müəyyənləşdirilmiş marşrut üzrə daşımaları yerinə yetirir.Bunları qarışdırmaq olmaz!Qoy nazir heç olmasa bunu bilsin.Qiymət artırmaq isə populist söhbətdir və olduqca yersiz görünür.Çünki taksi daşımaları mənfəətlə işləyib və işləyir!
Təsadüfi,sahədən anlamaz, uyğunsuz şəxslərin vəzifələrə gətirilməsi ölkədə bütün sahələri anlaşılmaz hala gətirib.Nəqliyyatın təşkilindən və idarə olunmasından xəbərsiz,raitə işini anlamayan,,ixtisas və təsrübəsi olmayan şəxslərin kiminsə istək və arzusu ilə vəzifələr təini olduqca yanlış olmaqıa öıləyə ağır zərbədir.Bunlara misaı olaraq,Sahil Babayeviİnam Kərimovun.Nəbiyevi və bir sıra son zamanlar ba verən yanlış təyinatları misal stərmək olar. Ölkəmiz hara sürüklənir?
1.5-2 km gediş üçün heç kimm taksi sitariş etməz.Bu nadir hallarda sərnişinin əl yükü olduqda mümkündür ki.bu yüklə avtobusa minilmir.Belə hal daşımalarda 0.1-0.2 faiz ola bilər.Taksilərlə gedişin orta məsafəsi 6-8 km-dir.Yanlış məlumatlarl əsas götürərək insanların nəqliyyat seçməsinə müdaxilə hüquq pozuntusu sayıla bilər.İkinci tərəfdən bütündünyada taksi daşımaları mənfəət gətirən daşımalardır.Ona görə burada qiymət artımına getmək əhaliyə artıq yük olacaq.Əksinə,taksiləri taksometrlərlə təmin etmək vacibdir ki, sərnişini sürücülər aldatmasın və bu daşımalar bazara çevrilməsin.
bu götəş-nazirin deyəsən qara xaldan xəbəri yoxdur, metroda ebedi basabas, soasoxdur.
Çox qəribə məntiq. Mən şəxsən ictimai nəqliyyatdan əhalinin daha az istifadə etməsinin tərəfdarıyam. Təsəvvür edin salonda 80 nəfər sərnişin var və nəzəri cəhətdən onların 10%- i mövsümi xəstədirsə ??????
Kasıblar öz yöndəmsiz və tüstüburaxan maşınları ilə yollarda tıxac yaradır və atmosferi çirkləndirir. Varlıların övladları isə atalarından xahiş ediblər ki, kasıblar bizi rahat yaşamağa qoymur. Onlar haqda ölçü götürün.
Daşımaların xarakterini,mahiyyətini anlamadan irəli sürülən məqsəd anlaşılan olmadığı kimi uyğunsuz mülahizzədən başqa bir məna daşımır.Taksi daşımaları adresdən adresə,avtobus isə müəyyən marşrutla daşımalr yerinə yetirir.Bu daşıma növü insanın öz seçimidir.bir də ki,əvvəlcə Azərbaycanda mövcud avtobus daşımalarının xaotik,idarəolunmaz,qarışıq təşkilinə də diqqət edilməlidir.Azacıq imkanı olan avtobus daşımalarını tıərciə etmir. çoxdur.Çünki vaxt itgisi və uyğunsuzluq kifayət qədərdirvə getdikcə da daha da idarəolunmaz olur. Deməklə,danışmaqla məsələ həll olmur.Əməli işə keçilməlidir.
Bu yanlış və düşünülmüş həll deyil.İstər sərnişin.istər yük daşımalarını normal təşkil etmək üçün bu işlər dövlət nəzarətində və dövlət müəsisələrində cəmləşməlidir.Özəl əllərdə bu məsələ heç zaman tam həll oluna bilməyəcək. Yük və sərnişin daşımaları dövlət əhəmiyyətli strateji xarakterli əməliyyatdır!
Yəni ,demək istəyirlər ki,kasıb hara
taksi hara.Ya metro,ya da 46 nömrəli avtobusa minməlidi.
Hər sahədə xalqın cibinə girirsiniz.Qiyməti artırmaq xalqa böyük zərbədir.Bəlkə də,ermənilərin atdığı güllə zərbəsindən də ağır olacaq.Allah zalımın bəlasını versin!