Menu

Ombudsman Səbinə Əliyeva Naxçıvana gedib

12.06.2023, 14:15
Ombudsman Səbinə Əliyeva Naxçıvana gedib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin fond eksponantları ilə tanış olublar.

Qeyd edək ki, iyunun 13-14-də Naxçıvan şəhərində "Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi" mövzusunda təlim keçiriləcək.

Şərhlər

Elxan 2023-06-12 16:32:48

Nə olsun? Gəzintilərlə məşğul olan qurumun fəaliyyətinin nədən ibarət olduğunun və nəyə nail olduğunu bilən varmı? belə boş quruma dövət vəsaiti niyə ayrılır?Dlya qaloçki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol