Menu

Bayden əməliyyat olundu

13.06.2023, 00:19
Bayden əməliyyat olundu

Stomatoloqlar bazar ertəsi ABŞ Prezidenti Co Bayden üzərində iltihablı pulpanı - diş boşluğunu dolduran birləşdirici toxumanı çıxarmaq üçün əməliyyat keçiriblər.

Bu barədə Ağ Ev məlumat yayıb.

Dövlət başçısının müalicə həkimi Kevin O'Konnorun sözlərinə görə, ABŞ lideri iyunun 11-də diş ağrısından şikayət edib. Mütəxəssislər Ağ Evdə müayinə keçirib və xəstə dişin depulpasiyası zərurətinə qərar veriblər. Əməliyyat iyunun 12-də baş tutub.

“Prezident proseduru yaxşı keçirib. Heç bir fəsad olmayıb”, - həkim vurğulayıb. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol