Menu

“Ukrayna ordusu Berdyansk istiqamətində irəliləyib” – Andrey Kovalev

13.06.2023, 13:18
“Ukrayna ordusu Berdyansk istiqamətində irəliləyib” – Andrey Kovalev

Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatları zamanı Berdyansk istiqamətində 500 metrdən 1 kilometrə qədər irəliləyə bilib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalev “Telegram”-da Hərbi Media Mərkəzinin canlı yayımında deyib.

Kovalev qeyd edib ki, Taurida və Donetsk bölgələrində keçirilən hücum əməliyyatı zamanı təxminən üç kvadrat kilometr ərazi Ukrayna ordusunun nəzarətinə keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol