Məlum olduğu kimi, ötən gecə Rusiya növbəti dəfə Ukraynada mülki obyektlərə zərbələr endirib. Raketlərdən biri Krivoy Roq şəhərindəki beşmərtəbəli binaya düşüb. Nəticədə 10 mülki şəxs həlak olub, 28 nəfərinsə yaralandığı bildirilir.
“AzPolitika.info” xəbər verir ki, hadisədən sonra partlayış yerində baş verənlərlə bağlı sosial şəbəkələrdə və Ukrayna mətbuatında videogörüntülər yayımlanıb. Krivoy Roq polisinin çəkdiyi videoda partlayışın nəticələri, yanğın və insanların necə xilas edildiyi əks olunub.
Qeyd edək ki, iyunun 14-ü Krivoy Roq şəhərində matəm günü elan edilib.
“AzPolitika.info”
Олексій Білошицький: Кривий Ріг
Пошуково-рятувальна операція триває. На місці працюють всі служби.
Щирі співчуття родинам загиблих та травмованих pic.twitter.com/345cNPE6U6


Şərhlər