“Vaqner” başçısı Yevgeni Priqojin Ukrayna əks-hücumundan danışıb.
“AzPolitika.info” xəbər verir ki, cəbhədə baş verənləri şərh edən “Vaqner” başçısı hələ nəticə çıxarmağın tez olduğunu və Ukrayna ordusunun hücum potensialının qətiyyən tükənmədiyini deyib: “İstənilən hücumun nəticəsini düşmənin hücum potensialı bitəndən sonra qiymətləndirmək lazımdır. Mənim başa düşdüyümə görə, Ukraynanın hücum potensialının tükənməsinə hələ həddindən artıq çox var. Odur ki, Rusiyada deyildiyi kimi, “cücəni payızda sayarlar”. Yalnız bir ay, ay yarım, iki ay keçəndən sonra qiymətləndirə bilərik ki, onlar öz hədəflərinə nail oldular, ya yox”.
Gələcək planları barədə danışan Priqojin həmçinin, “Vaqner”-i Ukraynadan çıxaracağına eyham vurub: “Əmin deyiləm ki, biz məhz Ukraynada işləyəcəyik...”
“AzPolitika.info”


Şərhlər