Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirilir.
"Report" xəbər verir ki, "Son zəng" tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilir.
"Report"un əməkdaşlarının iştirak etdiyi 18 nömrəli tam orta məktəbdə bu gün 157 nəfər məzun olur.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olur.


Şərhlər