Menu

Bəkir Bozdağ Türkiyə parlamentinin vitse-spikeri seçilib

14.06.2023, 13:28
Bəkir Bozdağ Türkiyə parlamentinin vitse-spikeri seçilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni vitse-spikerinin adı açıqlanıb, bu vəzifəni Bəkir Bozdağ icra edəcək.

“Report” xəbər verir ki, o, bu təyinatadək ölkənin ədliyyə naziri vəzifəsində çalışıb və mayın 14-də keçirilən parlament seçkilərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputat seçilib.

Hazırda Türkiyə parlamentinə Numan Kurtulmuş sədrlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol