44 günlük müharibədən 3 ilə yaxın vaxt keçsə də, kapitulyasiyadan sonra 9 noyabr gecəsi İrəvanda baş verən iğtişaşlarla bağlı cinayət işləri hələ də tam yekunlaşmayıb.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Joxovurd” qəzeti istintaq orqanının yaxın günlərdə 2020-ci il 9 noyabr gecəsi baş verən hadisələrlə bağlı son qərarını verəcəyini yazıb.
Xəbərdə deyilir ki, şübhəli şəxslər barədə cinayət işlərinin böyük əksəriyyətinə xitam veriləcək. Səbəb iğtişaşda iştirak edən bir çox şəxslərin konkret cinayət əməli törətdiklərini təsdiq edəcək sübutların yetərincə olmamasıdır.
Qeyd edək ki, həmin vaxt işğtişaş törədənlərin bir qismi sonradan həbs edilərək, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Hazırda barəsində söhbət gedənlər isə azadlıqda idilər və barələrində araşdırma gedirdi.
Xatırladaq ki, “kapitulyasiya gecəsi” Baş nazir Nikol Paşinyan qaçıb gizlənmişdi. Qarabağda döyüşməkdən qorxan ermənilər isə heyflərini hökumət və parlament binalarından çıxmışdılar. Həmin gecə Paşinyanı tapa bilməyən “qəhrəman” ermənilər parlament sədrini döymüşdülər.
“AzPolitika.info”


Şərhlər