Ukrayna rus şovinizminin və imperiyaçılığının müasir “filosofu” sayılan Aleksandr Duqinə qarşı “Ukraynanın ərazi bütövlüyünə qarşı qəsd və soyqırım çağırışları” ittihamı ilə cinayət işi açıb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında Duqinin 2022-ci il ərzində dəfələrlə Ukrayna sərhədlərinin dəyişdirilməsi, Ukrayna şəhərlərinin, o cümlədən Kiyevin mərkəzinin bombalanması, ukraynalıların bir millət kimi məhv edilməsinə dair çağırışlar etdiyi bildirilir.
Xatırladaq ki, “rus dünyası”nın ideoloqlarından olan Duqinin qızı 2022-ci ilin 20 avqustunda öz avtomobilində partladılıb.
“AzPolitika.info”


Şərhlər