Menu

Rusiyadan kapital axınının həcmi oktyabrda 28 mlrd dollar təşkil edib

21.11.2014, 09:05

500-Russian-RublesRusiyadan kapital axını 2014-cü ilin oktyabrında maksimal həddə çataraq 28 mlrd dollar təşkil edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İqtisadi Nazirliyinin məlumatında bildirilir.

Rusiya Mərkəzi Bankının hesablamalarına görə, Rusiyadan kapital axını 2014-cü ilin yanvarından sentyabradək ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 85,2 mld dollar təşkil edib.

Mərkəzi Bank Rusiyadan kapital axınının əsas səbəblərinin Ukraynadakı böhranın, habelə Aİ və ABŞ tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol