Menu

“Ermənistanda mülki işçilərin hədəfə alınması iddialarını rədd edirik” - XİN rəsmisi

14.06.2023, 23:50
“Ermənistanda mülki işçilərin hədəfə alınması iddialarını rədd edirik” - XİN rəsmisi

“Ermənistanda tikiləcək metal əritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”, - Ayxan Hacızadə qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol