Menu

ABŞ SEPARATÇILARA ULTİMATUM VERİB? - "Bakı ilə razılaşmasaz..."

15.06.2023, 13:22
ABŞ SEPARATÇILARA ULTİMATUM VERİB? - "Bakı ilə razılaşmasaz..."

ABŞ Qarabağda qalan ermənilərin nümayəndələrinə təzyiq göstərir ki, Azərbaycanla görüş keçirməyə razı olsunlar. Bundan imtina etdikləri təqdirdə isə onları Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyirlər.

"AzPolitika.info"  xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Vaşinqton ultimatum formasında Qarabağda qalan ermənilərin  nümayəndələrini yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə Azərbaycan tərəfi ilə “üçüncü ölkədə” görüşə razılaşmağa məcbur edir.

Nəşrin adının çəkilməsini istəməyən mənbəsinin sözlərinə görə, dövlətlər öz hərəkətləri ilə regionda yer tutmağa çalışırlar.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb Qarabağ ətrafında vəziyyətə təsir göstərməyə və Rusiya Federasiyasının sülhməramlı siyasətini gözdən salmağa çalışır.

Qeyd edək ki, bu məlumatın həqiqəti əks etdirmədiyi, son vaxtlar Qərbə meyl edən ermənilərİ qorxutmaq, Moskvanın himayəsində qalmalarının onlar üçün daha sərfəli olduğuna inandırmaq məqsədi ilə Rusiya tərəfindən qəsdən yayılması da istisna deyil.  

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol