Menu

Ombudsman beynəlxalq təşkilatlara çağırış edib

15.06.2023, 13:15
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti silahlı təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Müraciətdə deyilir:

"Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir.

2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur.

Məlum olduğu kimi 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmuş və fəaliyyəti müddətində nəqliyyat vasitələrinin və Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarının təhlükəsiz keçidi təmin edilmişdir.

Humanitar məqsədlər üçün istifadə olunan bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat və sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram".

Şərhlər

Elxan Quliyev 2023-06-15 18:48:58

Boş.mənası olmyan qurumun kağızını kim oxuyaca?Bu urum uşaq-muşaq yığınına çevrilməklə ölkəyə ziyandan başqa heç nə verməyib.Büdcə vəsaitlərini belə dişsiz və formal quruma sərf etmək mənasız deyilmi?

B.Qarabağlı 2023-06-15 14:32:08

Dəyərli Ombudsman, dahi liderimiz H.Ə.Əliyevin 100 illiyi və Qurtuluş Günü münasibəti ilə bütün vətəndaşlarımızı Sizinlə təbrik edirəm! İki əsr öncəkiləri demirəm. 1987 ci ildən rəsmi Azərbaycan bütün 3cü tərəflərin təkliflərini qəbul etməkdədir!? Lakin, soydaşlarımızın doğma insani və dövlətimizin hüquqları nəinki, qaytarılmır, hələ də təhdid edilir və terrorçu qalıqları belə mühafizə olunurlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol