Menu

Pakistan İrəvanla yalnız bu halda diplomatik münasibətlər quracaq - Baş nazir açıqladı

15.06.2023, 13:39
Pakistan İrəvanla yalnız bu halda diplomatik münasibətlər quracaq  - Baş nazir açıqladı

Məmnunam ki, Ermənistanla artıq sülh sazişi üzərində danışıqlar gedir.

APA xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

“Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmayan bir neçə ölkədən biridir. Bu bizim mənəvi öhdəliyimizdir. Siz Ermənistanla sülh sazişini imzalayandan sonra bizə mesaj versəniz, biz bu məsələyə baxa bilərik. Yəni bu məsələdə də biz tam olaraq Azərbaycanı dəstəkləyirik”, - Baş nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol