Menu

Bakıda yataqxanada yanğın baş verib - 52 nəfər təxliyə olunub

16.06.2023, 09:49
Bakıda yataqxanada yanğın baş verib - 52 nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

t.ədalət 2023-06-16 10:00:19

Bəlkə də bu yanğını MTK dəllalları törədib.Bina tikmək üçün boş ərazi axtarışı Nəinki yataqxanaların yanğınına səbəb olacaq,bir az geniş olan həyət-bacalar da onların talanına məruz qalacaq.Hara baxırsan cəzasızlıqdır.e

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol