Menu

Bakıdakı mehmanxanalar 68 milyon qazanıblar

21.11.2014, 09:42
Bakıdakı mehmanxanalar 68 milyon qazanıblar

2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində 7360 nömrəsi (otağı) olan 127 mehmanxana və mehmanxana tipli müəssisənin gəlirləri 67 milyon 759,2 min manat olub.

Bu, ölkə üzrə 527 belə obyektin gəlirlərinin 85%-dir.

Bakı Statistika İdarəsinin məlumatında deyilir ki, bunun 10,3%-i xarici investorlara məxsus obyektlərin payına düşür. Birgə müəssisələrin gəlirləri 17,6%, yerlilərin gəlirləri 72,1% təşkil edir.

6 AYDA 214 MİNDƏN ÇOX QONALQLARI OLUB

2014-cü ilin yanvar-iyun aylarında Bakının mehmanxana və mehmanxana tipli müəssisələrində 214,3 min nəfər yerləşdirilib. Bunun 75%-i əcnəbilərdir.

85 FAİZDƏN ÇOXU 3 GÜNƏDƏK QALIR

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 85,4 faizi qaldıqları yerdə 1-3 gün, 13,7 faizi 4-7 gün, 0,6 faizi 8-28 gün, 0,3 faizi isə bir ay və daha çox müddət gecələyiblər.

Bir turist Bakıda otel xidmətinə 316 manat xərcləyib.

11807 YER VAR

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu tip müəssisələrin sayı 4 vahid, nömrələrin sayı isə 1031 vahid artıb. 2014-cü ilin yanvar-iyun aylarında Bakıda 7360 nömrəsi olan 127 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Onların birdəfəlik tutumu 11807 yer olub. Bu, ölkə otellərinin ümumi həcminin üçdə biridir.

Bakı otellərində çalışan işçilərin orta sayı 5209 nəfər, onların orta əmək haqqı 610 manat olub. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol