Cümə axşamı Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən Massaçusets Milli Qvardiyasının əsgəri Cek Teyxeyra rəsmi ittiham irəli sürülüb.
“AzPolitika.info” ABŞ mətbuatına istinadən xəbər verir ki, istintaqın təqdim etdiyi sübutlara baxan böyük münsiflər heyəti altı bənddən ibarət ittiham sənədini təsdiqləyib. O, milli müdafiə ilə bağlı məxfi sənədləri qanunsuz saxlamaqda və yaymaqda ittiham olunur. Günahı sübuta yetirilərsə, Teyxere 60 il həbs cəzası ala bilər.
Teyxeyra aprel ayında sosial şəbəkələrdə NATO-nun Ukraynaya hərbi yardımı, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı itkilərinin qiymətləndirilməsi, ABŞ kəşfiyyatının Rusiyanın vəziyyəti ilə bağlı məlumatların yer aldığı Pentaqonun onlarla məxfi sənədinin fotokopilərinin yayılmasından sonra nəzarətə götürülüb. Onun yaydığı sənədlərə ordu, digər ölkələr haqqında müxtəlif məlumatlar da daxildir.
Amerika mətbuatının yazdığına görə, gizli sənədlər 21 yaşlı Teyxeyra dövlət sirlərinə çıxışı ilə öyünmək üçün onları tərəfdaşlarına göstərdikdən sonra sosial mediada yayılıb. İttihamnamədə Teyxeyraya qarşı əvvəllər irəli sürülən ittihamlar da var. O, həbs olunduğu gündən istintaq təcridxanasındadır.
Massaçusets ştatının federal prokuroru Coşua Levai deyib: “Məxfi materialların qeyri-qanuni ələ keçirilməsi, saxlanması və yayılması bizim milli təhlükəsizliyimizi pozur”.
Cek Teyxeyra məhkəməyə gələrkən hakimin günahını boynuna alıb-almaması sualına cavab verməyib.
“AzPolitika.info”


Şərhlər