Afrika dövlətlərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı təklif edəcəyi “sülh planı”nın təfərrüatları məlum olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Məlumata görə, rəsmi olmasa da, Afrika liderlərinin təklif edəcəyi “sülh planı”nda aşağıdakı müddəalar yer alacaq:
- Rus qoşunlarının Ukraynadan çıxarılması;
- Taktiki nüvə silahlarının Belarusdan çıxarılması;
- Putin haqqında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs qərarının dayandırılması;
- Rusiyaya qarşı sanksiyaların yumşaldılması.
“AzPolitika.info”


Şərhlər