Menu

Elmar Məmmədyarov "Neftçi"nin Rusiyadakı turnirə qatılmasına münasibət bildirib

16.06.2023, 15:19
Elmar Məmmədyarov "Neftçi"nin Rusiyadakı turnirə qatılmasına münasibət bildirib

AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov "Neftçi" klubunun Rusiyadakı “Matç TV” turnirinə qatılmasına münasibət bildirib.

Sabiq xarici işlər naziri "Report"a açıqlamasında bu yarışın "ağ-qaralar" üçün yaxşı praktika olacağını söyləyib.

O, "Neftçi"nin Rusiyada oynamasının yaxşı hal olduğunu bildirib: "Ora, normal və qonşu ölkədir. Söhbət futboldan gedir. Çünki orada "Zenit" və Serbiyanın məşhur "Srvena Zvezda" klubu da çıxış edəcək. Bu, "Neftçi" üçün də əlavə təcrübədir, çünki onlar avrokuboklara hazırlaşırlar".

Qeyd edək ki, 1-15 iyulda gerçəkləşəcək turnirdə Türkiyənin "Fənərbağça" komandası da mübarizə aparacaq.

Şərhlər

dadaşyev 2023-06-16 15:58:41

A balam,AFFA hara,Xarici İşlər Nazirliyi hara?Adam diplomatdısa gərək özü könüllü imtina etsin ora üzvlükdən,futbol haqqında rəy verməkdən.Çünki tamamən düz gəlməyən işlərdi.Keçmiş nazir olsan da illərlə diplomatik korpusumuzun başçısı olmusan.Qoy futbol məsələsinə peşəkar futbolçular qarışsın ki,futbolumuz bu gündə olmasın,nəhayət adam kimi futbol görək.Hər məmur sanki on barmağıyla yapışıb vəzifələrdən.Bir barmağını açırlar,doqquzu qalır.İkincini açırlar,səkkizi qalır.Səkkizincini açırlar ikisi qalır.Ay amaaan!Ona görə də normal mütəxəssislər taksi şoferi olur da.Nağarsın bədbəxtlər?Bütün vəzifələr on barmaqla tutulub axı.On kresloda da özüm oturajam,başqasını yaxın buraxmayajam.sultan kimi yaşyayajam.Jamhajam Janna Darka dönüb ee işlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol