Rusiya hərbçiləri məhv etdikləri hər Qərb texnikası üçün əlavə pul mükafatları alırlar.
“AzPolitika.info” Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, mayın 31-dək Ukrayna və Qərb ölkələrinə məxsus 16 001 hərbi texnikanın məhv edilməsinə görə, ümumilikdə 10 257 hərbçi mükafatlandırılıb.
Həmçini bildirilib ki, zirehli döyüş maşınını məhv edən hərbçi 50 min rubl (467 funt sterlinq), tank vuran hərbçi 100 min rubl (930 funt sterlinq), məhv edilən hərbi pilotlar, hava hücumundan müdafiə operatorları, döyüş təyyarəsi və helikopteri üçün isə 300 min rubl (2800 funt sterlinq) mükafat alırlar.
Qərb mətbuatı iddia edir ki, Rusiya bu cür təşviqləndirici vasitələrlə müharibəyə cəlb edilən hərbçilərin sayını artırmağa çalışır.
“AzPolitika.info”


Şərhlər