2045-ci ilə qədər təxminən 135 milyon insan evini tərk etməli olacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
Məlumatda bildirilir ki, quraqlıq və səhralaşma səbəbindən dünyada hər il təxminən 12 milyon hektar ərazi yaşamaq üçün əlverişsiz bölgəyə çevrilir ki, bu da 2045-ci ilə qədər 135 milyon, 2050-ci ilə qədər isə 216 milyon insanın evini tərk edəcəyi anlamına gəlir.
Həmçinin dünyada hər il 6-8 milyard dollar ziyana səbəb olan quraqlığın bəşəriyyət üçün ən böyük təbii fəlakətlərdən biri olduğu güman edilir.
“AzPolitika.info”


Şərhlər