Menu

"ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur" - Blinken

16.06.2023, 21:49
"ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur" - Blinken

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur, məhbuslarla bağlı müzakirələr ayrıca aparılır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Nüvə dosyesi ilə bağlı razılaşma və məhbuslar məsələsi ilə bağlı bəzi xəbərlər doğru deyil", - Blinken bildirib.

İranda saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələyə gəldikdə isə, dövlət katibi qeyd edib ki, burada fəallıq müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol