Menu

Stoltenberq Ukraynanı üzvlük planı olmadan NATO-ya qəbul etməyi təklif edib

17.06.2023, 08:53
Stoltenberq Ukraynanı üzvlük planı olmadan NATO-ya qəbul etməyi təklif edib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirmədən qoşulması imkanları barədə razılığa gəlməyi təklif edib.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

. Stoltenberq müttəfiqlərinə özəl olaraq təklif edib ki, Ukrayna müharibədən sonra NATO-ya üzv olmaq üçün fəaliyyət planını həyata keçirmədən üzv ola bilər.

Onun sözlərinə görə, bu, hərbi və demokratik islahat sayıla bilər.

Baş katib iyulda Vilnüsdə keçiriləcək sammitdə alyansın liderlərinin Ukraynanı bloka dəvət etmək fikrində olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol