Moskva Məhkəməsi “YandexServices” xidmətinin istifadəçiləri haqqında məlumatı FSB-yə təqdim etmədiyi üçün onu iki milyon rubl cərimələyib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərdə “Yandex Services”dənxüsusi xidmətin hansı məlumatları tələb etdiyi göstərilməyib.
Məhkəmənin nümayəndəsi agentliyə bildirib ki, şirkət avadanlıqlarına və axtarış proqramlarına dair tələblərin dövlət orqanları və ya dövlət təhlükəsizliyinin təşkili tərəfindən yerinə yetirilməsini təmin etməməkdə ittiham edilib.
Məhkəmədə “Yandex” pozuntunu etiraf edib, lakin cərimənin maksimum məbləğinin tətbiq edilməməsini istəyib. Cəzaya iki milyondan altı milyon rubla qədər cərimə daxildir.
Bundan əvvəl 2022-ci ildə Meşnaskıy Məhkəməsi tərəfindən şirkətə rüsumun yerinə yetirilməməsi maddəsi üzrə 400 min rubl məbləğində ilk cərimə tətbiq edilib.
"Yandex"in nümayəndəsi bildirib ki, şirkətin qanunu pozmaq niyyəti yoxdur.Lakin o, Ukraynaya hərbi müdaxiləyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən FSB-nin tələblərini yerinə yetirə bilmir. İstifadəçi məlumatlarının toplanması və saxlanması xarici avadanlıq və proqram təminatı tələb edir ki, onları hazırda almaq və quraşdırmaq mümkün deyil. “Yandex-in vəkili ikinci dəfə eyni arqumentləri gətirsə də məhkəmə onlara qulaq asmayıb.
“Yandeks”lə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilsə də təmin edilməyib və cərimə qüvvəyə minib.
“AzPolitika.info”


Şərhlər