Menu

“Polşada yüzlərlə belaruslu Lukaşenkonu devirmək üçün təlim keçir” – “The Times”

19.06.2023, 13:15
“Polşada yüzlərlə belaruslu Lukaşenkonu devirmək üçün təlim keçir” – “The Times”

Yüzlərlə Belarus vətəndaşı Aleksandr Lukaşenkonu devirmək üçün Polşanın Poznan şəhərində xüsusi təlim keçirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, 2020-ci ildəki kütləvi etirazlardan sonra ölkədən qaçan yüzlərlə Belarus vətəndaşı diktator prezidentlərini devirmək istəyirlər.

“The Times” yazır ki, təlim Belarus hüquq-mühafizə orqanlarının keçmiş zabitləri tərəfindən keçirilir.

Qeyd edək ki, bugünlərdə Lukaşenko bildirmişdi ki, Qərb dövlətləri Polşa, Litva və Ukraynada onu devirmək üçün qeyri-qanuni silahlı birləşmələrin üzvlərinə təlimlər keçir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol