Menu

Rus casusları ABŞ-a qaçmış SVR polkovnikini öldürməyə çalışıb – Poteyevin bir səhvi onu üzə çıxarıb

19.06.2023, 16:55
Rus casusları ABŞ-a qaçmış SVR polkovnikini öldürməyə çalışıb – Poteyevin bir səhvi onu üzə çıxarıb

“Rusiya xüsusi xidmət orqanları ABŞ-a qaçmış Xarici Kəşfiyyat Xidmətinin (SVR) polkovniki Aleksandr Poteyevin qətlini təşkil etməyə cəhd edib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

“Rus kəşfiyyatı onun Mayami-Biçdəki evinin yerini müəyyən edə bilib. Onun avtomobilinin şəklini çəkən agent saxlanılıb. İnsident Vaşinqton və Moskva arasında sanksiyalara və qarşılıqlı presona non-qrata qərarlarına səbəb oldu”, - xəbərdə bildirilir.

Poteyev 2010-cu ildə - Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin Vaşinqtona səfəri ərəfəsində ABŞ-a qaçıb. Rus zabiti Amerika kəşfiyyatına çoxu sovet dövründən ABŞ-da işləyən ən böyük casuslar şəbəkəsinin məlumatlarını verib.

Rusiya məhkəməsi tərəfindən Xarici Kəşfiyyat Xidmətinin polkovniki dövlət mükafatlarından və hərbi rütbəsindən məhrum edilərək 25 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

“2016-cı ildə Rusiya mətbuatı Poteyevin xaricdə öldüyünü yazıb. Əslində, o, Floridada yaşayırdı”, -“The New York Times” yazıb.

Poteyev orada öz adı ilə balıq tutmaq üçün lisenziya alıb və Respublika Partiyasının tərəfdarı kimi qeydiyyatdan keçib. 2018-ci ildə bu məlumat ABŞ-da dərc olunan “Buzzfeed” nəşri tərəfindən aşkar edilib.

Nəşr bildirib ki, lisenziya almaq üçün Poteyev doğum tarixini, poçt ünvanını və telefon nömrəsini göstərib.

2019-cu ildə Rusiya kəşfiyyatı tərəfindən işə götürülən meksikalı həkim Alejandro Kabrer-Fuentes, Mayami-Biç kurortunda Poteyevin evinin yaxınlığında bir mənzil kirayələmək üçün göndərilib. Bunun müqabilində ona iki qızı da daxil olmaqla ailəsini Rusiyadan azad edəcəyi vəd edilib. 2020-ci ildə Cabrer-Fuentes və həyat yoldaşı Poteyevin avtomobilinin nömrəsini evinin qarşısında çəkməyə çalışan zaman təhlükəsizlik əməkdaşlarının diqqətini çəkib.Agent Floridadan təyyarə ilə qaçarkən saxlanılıb və daha sonra dörd il həbs cəzasına məhkum edilib.

Poteyevin izinə düşmək cəhdi çoxlu sayda rus diplomatlarının ABŞ-dan çıxarılmasına səbəb oldu. Onların arasında səfərin bitməsinə iki il qalmış SVR şöbəsinin rəhbəri də var idi...

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol