Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-dən dəstək istəyən Ermənistana haqq qazandıran açıqlama verib.
“AzPolitika.info” xəbər verir ki, iyunun 20-də KTMT-yə üzv ölkələrin Xarici İşlər nazirlərilə görüşdə iştirak edən Belarus başçısı sözügedən qurumun fəaliyyətinə dair haqlı narazılıqların olduğunu deyib: “Qırğızıstan çoxdandır Tacikistanla münaqişənin həlli üçün yardım istəyir. Ermənistan haqlı iddialar irəli sürür. Əgər biz bu problemləri vaxtında həll etməsək, KTMT ölkələri həmişə bir-birini günahlandıracaqlar. KTMT ölkələrinin problemlərinin dərinliyinə getmək lazımdır”.
Göründüyü kimi, Ermənistanda daha çox “Azərbaycanın dostu” kimi təqdim edilən A.Lukaşenko bu dəfə İrəvanın mövqeyinə haqq qazandırır.
Xatırladaq ki, Ermənistanın KTMT-dən narazılığı Azərbaycana qarşı müharibədə təşkilatın ona istədiyi dəstəyi göstərməməsilə bağlıdır.
“AzPolitika.info”


Şərhlər
HARAMDAN HARAMINIZ OLSUN AZƏRBAYCANDAN ALDIĞINIZ SENETSIZ SUBUTSUZ MILYARDA YAXIN PULLAR.
TUPURSUNLER SIFETINIZE
Lukaşenkonun pensiya caxtı çatıb, o artıq ayın tarixini səhv salır
,Pulu qurtarıb ,Jirik kimi o da yön dəyişdirir ,....
Ilanin aginada lenet, qarasinada