Professor, əməkdar elm xadimi, sabiq millət vəkili Şahlar Əsgərovun 82 yaşı tamam olub.
“AzPolitika.info” xəbər verir ki, millət vəkili Etibar Əliyev bu münasibətlə “müəllimimiz” adlandırdığı Şahlar Əsgərovu öz “feysbuk” səhifəsində təbrik edib:
“Dəyərli müəllimim Şahlar Əsgərovun 82 yaşı tamam oldu. Müəllimimiz ad günündə Ulu Öndərimizlə maraqlı bir fotosunu paylaşıb. Və unudulmaz Heydər Əliyevin dəyərli bir aforizmini xatırladıb. "Heydər Əliyev İli"ndə Ulu Öndərin müdrik bir fikrini xüsusi vurğulamaq istəyirəm: “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.
Şahlar müəllim deyir ki, Heydər Əliyev ona - filosof Şahlar Əsgərov deyirdi. Şahlar müəllim görkəmli fizik olmaqla yanaşı həm də, gözəl filosofdur. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri var: "Öz sahəsini mükəmməl bilən şəxs, həm də yaxşı filosofdur."
Müəllimimizin filosof olması fizikanı dərindən bilməsindən, həyat təcrübəsindən, dünyagörüşündən və mütaliəsindən irəli gəlir. Bunu bilmək üçün onun kitablarını, məqalələrini, müsahibələrini oxumaq kifayətdir.
Şahlar müəllimlə görüşlər keçirmək, onu dinləmək çox vacibdir. Təəssüflər olsun ki, hazırki gənc təhsil və elm "biliciləri", təhsil menecerləri adlandırılanlar, hətta Universitet rektorları bunu dərk etmirlər. Onun gənclərə tövsiyyələri hava və su kimi lazımdır. Bəzən tədbirlərə dəvət edirlər, ancaq ona söz vermirlər. Sözdən, fikirdən qorxmaq vaxtı deyil, əksinə hər yerdə müdrik fikirlərə və ağıllı məsləhətlərə böyük ehtiyac var. Cəmiyyətimizdə bunları söyləyənlərin, dəyər daşıyıcılarının sayı çox da deyil.
Bizim missiyamız həm də, cəmiyyəti cəhalətdən xilas etməkdir. Dünyaya diqqət edin, belə alimləri, müdrik insanları dinləmək üçün hətta böyük qonorarlar təklif edirlər. Şahlar müəllim həddindən artıq təmənnasız şəxsiyyətdir. Vətəni, dövləti sevməkdə nümunədir.
Və ən əsası sidqi-ürəkdən Heydər Əliyevçidir. Onun Heydər Əliyev haqqında söhbətləri canlıdır, həddindən artıq maraqlıdır...
Dəyərli müəllimim, Sizə can sağlığı arzulayıram... 100 yaşayın!”
“AzPolitika.info”


Şərhlər
A balam,söhbət filosoflardan gedirsə,məsəla,alman filosofu Fridrix Nitşe.Onun dövründə Almaniyanın böyüyü Otto fon Bismarkdı. Bu gün Nitşenin əsərlərini oxuyarkən bəşəriyyəti onun Bismarkçı olub olmamağı nə dərəcədə maraqlandırır?Ümumiyyətlə,bu gün onun Bismarkçı olub olmamağının əsərlərinə nə dərəcədə aidiyyatı var?Bismark çoxdan ölüb,Almaniyanın İkinci Reyxi çoxdan tarixə qovuşub,Nitşenin özü də çoxdan ölüb,amma əsərləri sağdı.Millət o əsərləri oxuyub nəsə öyrənməyə çalışır,o,Bismarkçı olsa nə,olmasa nə.Və ya filosof Aristotel Makedoniyalı İsgəndərin müəllimiydi.Bapbala Makedoniyadan çıxıb Hindistana qədər torpaqları fəth eləyən Makedoniyalı İsgəndər də 2300 ildir ölüb,qurduğu imperiya da ölüb,Aristotel də.Amma Aristotelin,məsəla,”Metafizika” əsəri oxunmaqdadır bu gün də.Və o əsəri oxuyarkən bəşəriyyətin umrundamı Aristotel İsgəndərçi olub ya yox?Əşi bəsdirin dəə.Bu qədər də olmaz da.